Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, “Toyota Prius” markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə “Prius” aşıb. Hazırda qəza səbəbindən Azadlıq prospekti ilə kəsişmədən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması üçün işlər görülür.(BAKU.WS)
Şərhlər