Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-ın ələ keçirdiyi gəmi Çindən İrana nə aparırdı? - Açıqlanır...
ABŞ-ın ələ keçirdiyi gəmi Çindən İrana nə aparırdı? - Açıqlanır...

ABŞ blokadasını pozmaq cəhdi zamanı Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən İran yük gəmisi "Touska" Çindən İrana gedirmiş.

Reportyor.tv "The Washington Post" qəzetinə istinadən xəbər verir ki, Kpler analitik şirkətinin məlumatlarına əsasən təxminən 4800 ədəd 20 futluq konteyner daşıya bilən "Touska" Çinin Çjuhaydakı Qaolan limanından yüklə qayıdırmı.. Ekspertlər "The Washington Post"a bildiriblər ki, bu, İranın raket proqramı üçün ehtiyac duyduğu bərk raket yanacağının əsas komponenti olan natrium perxlorat da daxil olmaqla kimyəvi maddələrin yüklənməsi üçün məlum bir limandır. Lakin hələlik gəmidə hansı materialların olduğu məlum deyil.

Nəşrin yazdığına görə, "Touska" ABŞ-ın əvvəllər Tehranın ballistik raket proqramı üçün materiallar almaqda ittiham etdiyi İran gəmiçilik şirkətinə məxsusdur.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) öz növbəsində bildirib ki, "Tuoska heyəti altı saat ərzində dəfələrlə dayanmaq əmrinə tabe olmadıqdan sonra, USS Spruance esminesi gəmidəkilərə mühərrik otağını tərk etməyi əmr edib və sonra 5 düymlük MK 45 topundan bir neçə atəş açaraq mühərriki sıradan çıxarıb": "31-ci Ekspedisiya Batalyonunun ABŞ dəniz piyadaları daha sonra blokadanı pozan gəmiyə miniblər və gəmi hazırda ABŞ-ın nəzarəti altındadır".

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti