Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb – “telefon üçün çətirlər”
Sürücülər cərimədən yayınmaq üçün yeni üsul tapıb – “telefon üçün çətirlər”

Qazaxıstanda bəzi sürücülər yol qaydalarını pozduqlarını gizlətmək üçün yeni “hiylə”yə əl atıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərdə istifadə olunan xüsusi “telefon çətirləri”nin artıq fərqli məqsədlə tətbiq edildiyi görünür.

Reportyor.tv xəbər verir ki, ilkin olaraq günəşdən qorunmaq və cihazın qızmasının qarşısını almaq üçün təqdim olunan bu aksesuar indi sürücülər tərəfindən sükan arxasında telefondan istifadəni gizlətmək üçün istifadə olunur.

Paylaşılan videolarda açıq şəkildə “çətiri quraşdır və rahat şəkildə telefondan istifadə et – heç kim görməyəcək” kimi çağırışlar edilir.

Qeyd edək ki, martın 12-dən etibarən Qazaxıstanda yol kameraları sükan arxasında telefondan istifadəni və təhlükəsizlik kəmərinin taxılmamasını avtomatik şəkildə qeydə almağa başlayıb. Bu isə sürücülərin yeni üsullarla nəzarətdən yayınmağa çalışmasına səbəb olub.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti