Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » Ramin Bayramlı milyonluq şirkətini satdı
Ramin Bayramlı milyonluq şirkətini satdı


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb.

Reportyor.tv Bakupost.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə “Avromed” şirkətinə verilib.

Qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirib.

COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib. Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.

Şərhlər