Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » Uşaq bağçaları və idman zalları nə zaman açılacaq?
Uşaq bağçaları və idman zalları nə zaman açılacaq?

"Qapalı məkanlarda yoluxma ehtimalı böyükdür. İdman zalları da bu sıraya daxil olduğu üçün yalnız açıq havada idman məşqlərinin keçirilməsinə icazə verilir".
Publika.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, uşaq bağçalarının açılması gözlənilmir: "Dövlət qurumlarının rəhbərlərinə öhdəliklərində azyaşlı uşaq olan işçilərə iş yerlərində şərait yaradılması barədə tapşırıq verilmişdi. Hazırda bağçaların açılması müzakirə olunmur".
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, uşaq bağçaları üçün metodiki göstərişlər hazırlanıb: "Gələcək günlərdə bu qaydalar təqdim olunacaq. Vətəndaşların iaşə obyektlərində qaydalara əməl etməmələrinə görə, cərimələrin tətbiqi üçün operativ qərargaha müraciət edilib".

Şərhlər