Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb
Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb

10 noyabr bəyanatından 31 iyul 2024-cü ilə qədər azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb.
Bununla bağlı “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, 152 min 619 ha ərazidə ümumilikdə 126 663 mina və partlamamış hərbi sursat aşkarlanıb:
"Onlardan 32 940 mina piyada əleyhinə, 19 956 mina tank əleyhinə, 73 min 767 isə partlamamış hərbi sursatdır".

Şərhlər