Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » "Regional Kollecdə qorxu rejimi: Xoşqədəm Xudiyevanın gəlişi ilə ƏDALƏT susdu"
"Regional Kollecdə qorxu rejimi: Xoşqədəm Xudiyevanın gəlişi ilə ƏDALƏT susdu"

Gəncə Regional Kollecinə Xoşqədəm Xudiyeva təyin olunandan sonra təhsil ocağında xaos hökm sürməyə başladı. O gəldiyi gün kollektivdəki səmimiyyət, qarşılıqlı hörmət və əməkdaşlıq ruhu yoxa çıxdı. İnsanlar bir-birinə qorxu ilə baxmağa başladılar.


X.Xudiyeva özünü elə təqdim edirdi ki, guya intizamlı, səliqəli, prinsipial bir rəhbərdir. Amma çox keçmədi ki, hamı anladı: bu şəxsin rəhbərliyi ədalətə deyil, qorxuya əsaslanır. Müəllimlərə hörmət əvəzinə təzyiq, əməkdaşlığa dəstək əvəzinə hədə və təhqir göstərir.

2025-ci ilin sentyabr ayında əsl simasını bir daha göstərdi. Layiq olmadığı vəzifəni itirmək qorxusu onu hər yola əl atmağa vadar edir. Bir qrup ali təhsilli müəllimi özünə mədhiyyə yazmağa məcbur etdi. Kim yazdısa - yalnız qorxudan! Bunun əvəzində həmin müəllimlərə 750–800 saat dərs verildi. Yəni “tərif” qarşılığında ədalət satıldı. Yazmayan müəllimlərə isə “dərs yoxdur” deyilərək cəmi 250 saat dərs yükü verildi. Qalan dərslər vakant yer kimi çıxarıldı. Bu, birbaşa maliyyə maxinasiyasıdır.

Vəzifəyə təyin olunanda YAP-a üzv deyildi. Əməllərini ört-basdır etmək üçün partiya sıralarına keçdi. Amma bu keçid sadəcə kağız üzərində oldu. Nə iclaslarda göründü, nə tədbirlərdə. Sadəcə adını siyahıya salıb özünə “təhlükəsizlik qalxanı” düzəltdi. Partiya ona şəxsi maraqları üçün lazım oldu.

Hazırda özbaşınalıq və xaos hökm sürür. Noyabr ayıdır, dərslər bölünməyib, cədvəl yoxdur. Həmkarların pulunu kəsmək üçün hər gün bir tədbir təşkil edilir. A4 kağız belə yoxdur. Heç kim səs çıxara bilmir, çünki hər kəs şərlənməkdən qorxur. X.Xudiyeva birinin üzünə baxıb bəyənməsə, ertəsi gün həmin şəxsin iş yeri təhlükəyə düşür. İnsanların ümidini qıran, ləyaqətini alçaldan bu idarəçilik tərzi insanlarda dövlətə inam hissini sarsıdır. “Kim nə deyirsə-desin, mənim arxamda Ü.Səttarova dayanır” deyə bildirir.

Əvvəllər özünü “dindar” kimi göstərən bu şəxs, indi nə davranışında, nə də münasibətlərində o dəyərlərin kölgəsini belə göstərmir.

Əgər doğrudan da X.Xudiyeva Samir Həmidov və Ülkər Səttarova tərəfindən qorunursa, deməli bu gün kollecdə təkcə müəllimlərin deyil, ədalətin də səsi boğulur. Amma unutmasınlar: ədalət uzun müddət susa bilər, amma heç vaxt yox olmur!

Biz bu haqsızlığa göz yuma bilmərik. Təhsil ocağı şəxsi maraqların, yaltaqlığın və qorxunun deyil, vicdanın, biliyin və insanlığın hökm sürdüyü yer olmalıdır. Və bir gün o ədalət bərpa olunacaq , çünki yalan nə qədər gizlənsə də, həqiqət gec-tez üzə çıxacaq!

Şərhlər