Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » Borrell Rusiyanı HƏDƏLƏDİ: Ukraynanın təhlükəsizliyi olmadan Avropada TƏHLÜKƏSİZLİK YOXDUR
Borrell Rusiyanı HƏDƏLƏDİ: Ukraynanın təhlükəsizliyi olmadan Avropada TƏHLÜKƏSİZLİK YOXDUR

“Ukraynaya qarşı istənilən aqresiya Rusiya üçün böyük nəticələrə və böyük xərclərə səbəb olacaq”.

reportyor.tv Metbuat.az-a istinadən xəbər verir ki, bunu bloqunda Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

Onun sözlərinə görə, Rusiya ilə dialoq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstək verməklə lazımdır.

“Biz öz yanaşmamızı transatlantik və digər həmfikir tərəfdaşlarla yaxından əlaqələndiririk. Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik yoxdur”.

Qeyd edək ki, C. Borrell yanvarın 4-dən 6-dək Ukraynada səfərdə olub və bu səfər zamanı ilk dəfə olaraq Donbassdakı təmas xəttinə baş çəkib.

Şərhlər