Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Narkotik aludəçisi taksi sürücüsü həbs edildi
Narkotik aludəçisi taksi sürücüsü həbs edildi

Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.
Reportyor.tv Teleqraf-a istinadən xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İ.Səfərova "saxla" işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.
İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarına əsasən, onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti