Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » ABŞ-nin elit qüvvələri HƏRƏKƏTƏ KEÇDİ - Əməliyyat BAŞLAYIR
ABŞ-nin elit qüvvələri HƏRƏKƏTƏ KEÇDİ - Əməliyyat BAŞLAYIR

ABŞ Ordusunun elit 82-ci hava-desant diviziyasının minlərlə hərbi qulluqçusu Yaxın Şərqə gəlməkdədir.

Reportyor.tv xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Şimali Karolina ştatındakı Fort-Breqq bazasında yerləşən desantçılar regiona göndərilmiş minlərlə dənizçi, dəniz piyadası və xüsusi təyinatlı qüvvələrə qoşulacaqlar.

Ötən həftəsonu Yaxın Şərqə 2500-ə yaxın dəniz piyadası gəlib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, köçürülən bölmələr arasında diviziya qərargahı, maddi-texniki təminat hissələri və briqada döyüş qrupu yer alır. Bundan əvvəl də bölgəyə minlərlə dənizçi və dəniz piyadası ezam edilib.

"Əl-Cəzirə" telekanalına danışan mənbələr bildirib ki, desantçıların gəlişi həftə ərzində davam edəcək. Ümumilikdə regionda diviziyanın 3 min hərbi qulluqçusu yerləşdiriləcək.

"Reuters"in mənbələri qeyd edib ki, qoşunların İran ərazisinə daxil olması barədə hələlik qəti qərar qəbul edilməyib. Müzakirə olunan variantlar arasında İranın neft ixracının 90%-nin keçdiyi Xark adasının ələ keçirilməsi, həmçinin Hörmüz boğazında gəmilərin təhlükəsizliyinin təmin edilməsi var.

Bununla belə, "The Wall Street Journal"ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp boğazı gəmiçilik üçün bağlı saxlamaqla İrana qarşı əməliyyatı başa çatdırmağa hazırdır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti