
Bu gün Sumqayıt şəhər Məhkəməsində "Tik-Tok"da "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayevanın məhkəmə prosesi keçirilib.
Məhkəmə tərkibi Aysel Mustafayevanın həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.
Xatırladaq ki, "Miray" ləqəbi ilə tanınan Aysel Mustafayeva "tik-tok" sosial şəbəkəsində söyüş və təhqir dolu yayımlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarında dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.
Mustafayeva 2025-ci ilin avqustunda Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.//Lent.az






Şərhlər