Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Maaş və pensiyalarla bağlı MÜJDƏ: Oktyabr – noyabr aylarında...
Maaş və pensiyalarla bağlı MÜJDƏ: Oktyabr – noyabr aylarında...

Maaş və pensiyalarla bağlı MÜJDƏ: Oktyabr – noyabr aylarında...
Bəzi ekspertlərin fikrincə, ölkədə inflyasiya faizləri aşağı salınmasa, əhalinin iqtisadi durumunda çətinliklər yaşana bilər. Qeyd olunur ki, əməkhaqlarının və pensiyaların artılması məsələsinə yenidən baxılmalıdır.
Deputat Vahid Əhmədov yaxın aylarda maaş və pensiyaların artırılması ilə bağlı gözləntilərə Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:
“Hər ilin payız sessiyasında gələn ilin dövlət büdcəsi müzakirə edilir. Yəqin ki, oktyabr – noyabr aylarında da Milli Məclis 2024-cü ilin dövlət büdcəsini müzakirə edəcək, bu məsələlərə də baxılacaq. Fikirlərlə mən də razıyam. Onsuz da maaş və pensiya artımı hər il olur. Mütəmadi olaraq dövlət büdcəsinə baxanda bu məsələlər üçün nəzərdə tutulan vəsait artırılır. Hər zaman gündəmdə olan məsələdir. 
Dövlət başçısı da həmişə sosial sahəni prioritetlərdən biri kimi diqqətdə saxlayır. Ən yüksək faizlə vəsait ayrılır buna. Elə vaxt olub ki, büdcənin 45 faizini bu sahəyə ayırmışıq. Önümüzdə Qarabağın yenidən qurulması, müharibədən sonra dövlətin təhlükəsizliyinin təmin edilməsi kimi digər prioritet məsələlər də dayanır”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti