Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Sərxoş və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi
Sərxoş və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdi

Xırdalanda avtomobili sərxoş və sürücülük vəsiqəsi olmadan sürən şəxs saxlanılıb.
Bu barədə reportyor.tv-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Xırdalan şəhəri ərazisində “TOFAŞ” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlayıb.
Araşdırmalarla sürücü, Abşeron rayon sakini Cavid Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti