Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » “Prezident və birinci xanımın dəstəyi ilə...” - Səbinə Əliyeva
“Prezident və birinci xanımın dəstəyi ilə...” - Səbinə Əliyeva

“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın fəal dəstəyi ilə yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla aparılan genişmiqyaslı islahatlar fonunda insan hüquqlarının səmərəli təmininə xidmət edən mühüm addımlar atılır”.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsi daim diqqət mərkəzində saxlanılır: “Bu sahədə qanunvericilik bazası beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirilir, müstəqil hüquq müdafiə mexanizmlərinin səmərəli fəaliyyət göstərməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi, ölkəmizdə inklüziv cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsi üçün geniş imkanlar yaradılır”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti