Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Rusiyadan sürpriz KAAN mesajı: Biz hazırıq
Rusiyadan sürpriz KAAN mesajı: Biz hazırıq

Türkiyənin milli döyüş təyyarəsi KAAN ilk uçuşuna hazırlaşarkən (artıq ilk uçuş edilib), ilk iddiaçı Ukrayna olmuşdu. Bu dəfə isə Rusiya tərəfdən diqqətçəkən bir açıqlama gəlib.
Publika.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin “prestij layihələri” adlandırıla biləcək hədəfləri var. Bunlardan ən qabarıq olanı beşinci nəsil döyüş təyyarəsi olan KAAN layihəsidir. Türkiyə Hərbi Hava Qüvvələri KAAN-ın dizaynında köklü dəyişikliklər edib.
Mühərriklərin çəkmə gücü və faydalı yük miqdarı artırılıb. "Aydınlıq" qəzetinin xəbərinə görə, Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov "Biz də bu mövzuda hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyirik. Biz də keçmişdə təkliflər vermişik. Rəsmi qurumlarımız və şirkətlərimiz arasında da müxtəlif səviyyələrdə araşdırmalar aparılıb. Müvafiq şirkətlərimiz birlikdə işləməyə hazır olduqlarını bildirdilər. Təbii ki, müvafiq şirkətlər arasında konkret məsələlərin müzakirəsi lazımdır" deyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti