Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » 11 yaşlı Rasimlə bağlı ŞOK İDDİA: "O, İran polisinin əlindədir"
11 yaşlı Rasimlə bağlı ŞOK İDDİA: "O, İran polisinin əlindədir"


Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin İranda olduğu iddia olunur.

Reportyor.tv xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı İrandan şəkil göndərildiyini bildirib.

"O şəkili ailəyə göndərmişəm. İddia olunur ki, Rasimi İranda sərhəddə görüblər. Bildirirlər ki, Xudafərinə çəkilişə gedən zaman bir əsgər söyləyib ki, Rasimi narkotik satanların arasında görüb. Guya narkotik satan kişini tutublar. Rasim İran polislərinin əlindədir. Bunu iddia edən İranın hüquqşunaslarından biridir", - aparıcı qeyd edib

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti