Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Od çərşənbəsində gözlənilən hava şəraiti açıqlanıb
Od çərşənbəsində gözlənilən hava şəraiti açıqlanıb

Fevralın 5-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Xatırladaq ki, sabah Azərbaycanda Od çərşənbəsi qeyd ediləcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti