Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » MM-in yeni şöbə müdiri "Porşe"sini 92 minə satdı - FOTO
MM-in yeni şöbə müdiri "Porşe"sini 92 minə satdı - FOTO

Milli Məclisin Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov lüks avtomobilini satıb.
İlkin Məmmədov "Porşe" markalı avtomobilini 54 min dollara (92 min manat) Turbo.az saytında satışa çıxarıb. Həmin elanı İlkin Məmmədov öz Feysbuk səhifəsində də paylaşıb.

39 yaşlı İlkin Məmmədov elan yerləşdirərkən bu sözləri yazıb: "...Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!"
Reklamın hazırda aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.
Xatırladaq ki, İlkin Məmmədov Milli Məclisdə Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə mayın əvvəlində təyin edilib. (musavat.com)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti