Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bu yayın gözlənilən HAVA PROQNOZU: Bakıda, Kürdəmirdə 44 dərəcə...- Sadəcə isti OLACAQ
Bu yayın gözlənilən HAVA PROQNOZU: Bakıda, Kürdəmirdə 44 dərəcə...- Sadəcə isti OLACAQ

"Bu yay heç bir dəhşətli isti olmayacaq, sadəcə isti olacaq. Aprel ayı bilirsiniz ki, çox isti keçdi. İstinin ardından da soyuq hava kütlələri daxil oldu, ona görə ölkə ərazisində yağıntılı hava müşahidə elədik".

Bu barədə Referans.az-a iqlimşünas Qorxmaz İbrahimli məlumat verib.

Müsahib bildirib ki, iqlim dəyişikliyinilə əlaqədar olaraq dünyada və bizim ölkəmizdə elə informasiya piyarı aparılıb ki, günəşdə adi partlayış olur, insanlar bu zaman panik olurlar. Hansısa ərazini su basdı, dolu yağdı deyirlər ki, iqlim dəyişikliyi olacaq:

"Heç bir şey baş vermir. Hazırda may ayında olan gursululuq anomaliya deyil, tsiklik olaraq 10-20 ildən bir təkrarlanan şeylərdir.
1968-ci ilin may ayında da bənzər hadisə olub. Hətta, o zaman sel zəlzələ ilə müşaiyət olunub. 1978-ci ildə eyni vəziyyət təkrarlanıb. Azərbaycanda iqlim dəyişikliyini Xəzər dənizinin səviyyəsinin düşməsinə də bağlayırlar. İqlim dəyişikliyi dünyanın bir tərəfində dənizlərin, okeanların suyunun qalxmasına səbəb olur. Bu proses yüz illəri aşan prosesdir".

Qorxmaz İbrahimli deyir ki, ölkədə hava isinməyə doğru gedir. İyun ayı orta-isti hərarətlə davam edəcək və biz də belə hava şəraitindən məmnun olacağıq:

"Allah kataklizmlərdən qorusun. Bunlar təhlükəlidir. Məsələn, iyun ayında qar yağarsa, bu təhlükəli olar. Bakıda havanın hərarəti 40-44 dərəcəyə qalxarsa, bu təəccüblü hal deyil. Qubada və digər şimal rayonunda havanın temperaturunun 40 dərəcə olması anomaliyadı, amma Bakıda, Kürdəmirdə olması normaldır".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti