Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Astroloqdan xəbərdarlıq: Bu işlər üçün mükəmməl vaxtdır
Astroloqdan xəbərdarlıq: Bu işlər üçün mükəmməl vaxtdır

 Məşhur astroloq Dinçer Güner iyulun 25-i gündəlik ulduz falı şərhlərində ciddi xəbərdarlıq edib.

Günəş və Mars bu gündən etibarən bir bucaq altında birləşəcək.

Bununla bağlı astroloq bəzi tövsiyələr verib:

“Bunun təsir müddəti 3 gündür. Özünə inamın və cəsarətin artacağı dövrlərdir. İdmana başlamaq üçün əla vaxtlardır. Əvvəllər təxirə salınmış hər şeyi həyata keçirməyin vaxtı gəlib. Yeni biznes və layihələrə başlamaq üçün ideal vaxtdır. Əlavə enerji ilə dolu olacağıq və bu enerjidən konstruktiv sahələrdə istifadə etmək faydalıdır. İçinizdəki gücü və cəsarəti kəşf etmək üçün mükəmməl vaxtdır.

Uzun müddətdir planlaşdırdığınız, lakin cəsarət etmədiyiniz işlər üçün indi hərəkətə keçə bilərsiniz. Yeni layihələrə başlamaq, şəxsi məqsədlərinizə fokuslanmaq və həyatınızda mühüm addımlar atmaq üçün ideal dövrdəsiniz. Məqsədlərinizə çatmaq üçün atacağınız addımlarda əmin olun”./Publika.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti