Oğuz rayon icra başçısının qardaşı cərimələndi-FOTO
Tarix: 1-06-2020, 18:33
Baxılıb: 666
Google+ Paylaş
Tumblr Paylaş

Oğuz rayon icra başçısının qardaşı cərimələndi-FOTO

1-06-2020, 18:33

Oğuz rayon icra başçısının qardaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnib

Bolgexeber.com-un əməkdaşları Oğuz rayonunda olublar , ekologiyaya ciddi ziyan vuran daş,qum karxanaları ilə bağlı çəkilişlər aparıblar.
Qeyd edək ki, Oğuz rayonunun Daşağıl çayının hövzəsində daş,qum-qınğı istehsal edən şirkət mövcuddur. Bu şirkətin Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun  qardaşı Mahir Qurbanova məxsus olması bildirlir. 
Bolgexeber.com-un əməkdaşları və ETSN-nin nümayəndəliyi birgə ərazidə olublar.
Əməkdaşlarımız məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Şöbəsinə məlumat veriblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliynin əməkdaşları dərhal hadisə yerinə gəliblər və  yerə baxış keçirilib.
ETSN-nin 6 saylı Regional Şöbəsinin müdiri Ziya müəllm əməkdaşımıza bildirdi ki, “daxil olan məlumatları araşdırmaq və müvafiq tədbir görmək bizim vəzifə borcumuzdur”.
 
Pozuntu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akt tərtib olunub və Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun  qardaşı Mahir Qurbanov ağacları məhv etdiyinə, ekologiyaya ciddi ziyan vurduğuna görə cərimə olunub.Yaxın saatlarda əməkdaşlarımızın məsələ ilə bağlı hazırladığı videoreportajı və icra başçısının qardaşının nə qədər cərimə olunması baradə ətraflı məlumat verəcəyik.







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ