Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Azad edilmiş ərazilərdə daha 367 mina, 8086 PHS aşkarlanıb
Azad edilmiş ərazilərdə daha 367 mina, 8086 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.07.2024 - 04.08.2024) açıqlanıb.
ANAMA-dan  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 280 piyada əleyhinə mina, 87 tank əleyhinə mina, 8086 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2790.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti