Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Polislərdən daha bir jest: Yemək paylarını ahıl qadına verdilər - VİDEO
Polislərdən daha bir jest: Yemək paylarını ahıl qadına verdilər - VİDEO

Karantin dövründə Azərbaycan polislərinin ibrətamiz hərəkətləri ölkə gündəmində ən çox müzakirə olunan mövzuya çevrilib.
Publika.az xəbər verir ki, bu dəfə post-patrul xidmətinin əməkdaşları ahıl qadına jest ediblər.
Belə ki, karantin qaydalarından xəbərsiz olan qoca qadın marketə gedib ərzaq almaq istəyib. Amma hazırda sərt karantin rejiminin qaydalarına uyğun olaraq marketlər fəaliyyət göstərmir.
Ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb, nə istədiyini soruşublar.
Vəziyyətdən xəbərdar olduqdan sonra xidməti avtomobildə olan yemək paylarını ona veriblər.
Sözügedən videonu təqdim edirik:

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti