Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Dörd il Azərbaycanın çörəyini yedi, indi də “yad ölkə” adlandırdı: “Yoruldum”
Dörd il Azərbaycanın çörəyini yedi, indi də “yad ölkə” adlandırdı: “Yoruldum”

Ukrayna milli komandasının baş həkimi Roman Jolobaylyuk “Qəbələ”də çalışdığı dönəmi xatırlayıb.
Sportinfo.az xəbər verir ki, açıqlama verən ukraynalı mütəxəssis Azərbaycan klubunun avrokuboklardakı çıxışını xatırlayıb:
“2015-2019-cu illərdə Azərbaycanın “Qəbələ” klubunda çalışmışam. Əlbəttə, maraqlı təcrübə idi.
Roman Qriqorçuk məni komandaya dəvət etmişdi. İstər Azərbaycan, istərsə də Avropa futbolunda bəzi zirvələri fəth etdik, hətta Avropa Liqasının qrup mərhələsinə də düşdük.
Çox maraqlı idi, amma dörd ildən sonra yad ölkədə yoruldum. Ailəm Ukraynadadır, qızlarım böyüyür, bir-birimizi görmək imkanı yox idi, ona görə də qərara gəldim ki, dörd il kifayət edəcək”.
www.REPORTOR.tv (reportyor.tv)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti