Gecə saatlarında paytaxtı bürüyən qoxunun SƏBƏBİ
Tarix: 4-09-2024, 09:28
Baxılıb: 278
Google+ Paylaş
Tumblr Paylaş

Gecə saatlarında paytaxtı bürüyən qoxunun SƏBƏBİ

4-09-2024, 09:28

Gecə saatlarından səhərə kimi şəhərin müxtəlif yerində kəskin qoxu hiss edilib.
Bu barədə Musavat.com-a paytaxt sakinləri məlumat veriblər.
"Gecə 4-5 olardı, boğula-boğula yuxudan oyanmışıq, zibil qoxusuna bənzər bir iy gəlirdi. Xeyli gözlədik ki, bəlkə keçər, amma səhərə kimi getmədi. Yenə gecə vaxtı hansısa zavodu gizlicə işə salıb, camaatı zəhərləyirlər", - deyə Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 157 ünvanında yaşayan Səyyarə Əliyeva deyib.
Xırdalan şəhər AAAF Park sakini Türkan Qasımova da eyni şikayətlə saytımıza müraciət edib. O da qeyd edir ki, pis qoxuya görə səhhətində problem yaşayıb.
Qeyd edək  ki, onsuz da iki gündür şəhəri toz-duman bürüyüb, insanlar özlərini narahat hiss edirlər. 
Bəs şəhəri bürüyən bu qoxunun səbəbi nədir?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. O cavabında bunları dedi: "Tozla bağlı açıqlama vermişik, Türkmənistandan gəlib. Amma pis qoxu ilə bağlı hər hansı məlumat yoxdur".
www.REPORTOR.tv 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ