Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Nazir ona Xankəndidə vəzifə verdi
Nazir ona Xankəndidə vəzifə verdi

Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinə yeni rəis təyin edilib.
Musavat.com modern.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Səbail Rayon 39-cu Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Azər Quliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinin rəisi (baş inspektor) təyin olunub.
Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Quliyev uzun illər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), daha sonra Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bu şəxslərin maaşına 35 faiz ƏLAVƏ VERİLƏCƏK - RƏSMİ » www.REPORTOR.tv (reportyor.tv)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti