Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Sürücülərin NƏZƏRİNƏ: Məşhur yolda DƏYİŞİKLİK EDİLDİ
Sürücülərin NƏZƏRİNƏ: Məşhur yolda DƏYİŞİKLİK EDİLDİ

Paytaxtın Xocalı prospektində, Xətai metrosunun qarşısındakı yol yenidən xətlənib. Yolun bu hissəsinin yeni xətlənmə qaydası narazılığa səbəb olub.

Vətəndaşlar yoldan görüntüləri sosial şəbəkələrdə paylaşaraq etirazlarını bildiriblər.



Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Xidmətindən verilən  açıqlamada bildirilib ki, sözügedən yolda xətlənmə zamanı həyata keçirilən dəyişiklik sürücülərin xeyrinədir.

“AYNA tərəfindən Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib. Velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb.  Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb”. 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti