Hansı postdan neçə avtomobil geri qaytarılıb? - STATİSTİKA
Tarix: 28-06-2020, 16:36
Baxılıb: 273
Google+ Paylaş
Tumblr Paylaş

Hansı postdan neçə avtomobil geri qaytarılıb? - STATİSTİKA

28-06-2020, 16:36

Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyunun 27-də xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumat yayıb.
İdarədən Publika.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 27-si saat 00:00-dan iyunun 28-i saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 2338 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 432 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 2775 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 100-ü rayon, 265-i paytaxt istiqamətinə olmaqla 365, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 310-u rayon, 560-ı paytaxt istiqamətinə olmaqla 870 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1415 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ