Nazir deputatın getdiyi çimərliyi bağlatdırır - FOTO
Tarix: 4-08-2020, 13:18
Baxılıb: 447
Google+ Paylaş
Tumblr Paylaş

Nazir deputatın getdiyi çimərliyi bağlatdırır - FOTO

4-08-2020, 13:18

Ermənistan parlamentinin iqtidarda olan "Mənim addımım" blokunun deputatı Ayk Sarkisyanın koronavirusa qarşı tətbiq edilən karantin rejimi qaydalarını pozaraq əyləndiyi istirahət mərkəzi bağlanacaq.
Publika.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Ekologiya naziri Romanos Petrosyan göstəriş verib.
Göyçə (Sevan) gölünün sahilində yerləşən istirahət mərkəzinin bağlanmasına deputat qalmaqalının səbəb olduğu bildirilib. Nazirin göstərişinə əsasən, çimərlik bağlanacaq və ərazisinə quraşdırılmış pavilyonlar söküləcək. Məlumata görə, bu pavilyonlar qanunsuz quraşdırılıb, buna görə də onların çıxarılması qərara alınıb.

Qeyd edək ki, A.Sarkisyan hərəkətinə görə həmvətənlərindən üzr istəmiş və maskadan istifadəyə, sosial məsafənin qorunmasına çağırış etmişdi.
Daha əvvəl Ermənistan mediasında çimərliyin Ayk Sarkisyanın özünə aid olduğu barədə məlumatlar yayılmışdı, hətta onun bilet kassasının yanında dayanarkən lentə alınan fotoları da dərc olunmuşdu.
Zümrüd


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ