Adil Əliyev 2 saylı Uşaq evində uşaqları ziyarət etdi - FOTOLAR
Tarix: 13-12-2024, 19:53
Baxılıb: 192
Google+ Paylaş
Tumblr Paylaş

Adil Əliyev 2 saylı Uşaq evində uşaqları ziyarət etdi - FOTOLAR

13-12-2024, 19:53

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib.
Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev, RİHB-nin müavinləri, 226 saylı tam orta məktəbin kollektivi və digər qonaqlar iştirak ediblər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində 226 saylı tam orta məktəblə birgə təşkil olunmuş tədbirdə uşaqlar, eləcə də məktəbin şagirdləri müxtəlif rəqslər və şerlərlə çıxış ediblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev uşaqlarla birgə şam ağacını bəzəyərək onlara hədiyyələr təqdim edib.








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ