
Niderland kəşfiyyatı Rusiyanın NATO-nun hərbi marşrutları boyunca yerləşən müşahidə kameralarına kiberhücum etdiyini açıqlayıb.
Reportyor.tv xəbər verir ki, The Telegraph nəşrinin Niderland kəşfiyyatına istinadən yaydığı məlumata görə, Rusiya hakerləri Ukraynaya silah tədarükünü izləmək məqsədilə NATO-nun hərbi marşrutlarında quraşdırılmış müşahidə kameralarını sındırıblar.
Araşdırma zamanı müəyyən edilib ki, kameraların böyük hissəsi lazımi səviyyədə qorunmayıb və onların bir çoxunda standart zavod parollarından istifadə olunub. Məhz bu zəifliklərdən yararlanan hakerlər görüntülərə çıxış əldə edərək Ukraynaya göndərilən silah daşımalarını izləyə biliblər.
Musavat.com






Şərhlər