
15 iyul 2025-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevin 70 yaşı tamam olur.
Bu münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, idarə və müəssisələrin rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Allahverən Əliyevi yubileyi münasibətilə təbrik etmiş, onun rayonun ictimai-siyasi həyatındakı fəaliyyəti ilə bağlı xatirələrini bölüşüblər.
Yubilyar çıxış edərək fəaliyyətinə verilən yüksək dəyərə görə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, kollektivin bütün üzvlərinə, fəaliyyəti dövründə onunla birgə çalışmış şəxslərə, eyni zamanda tədbirin təşkilatçılarına təşəkkür edib.
Yubiley tədbirində Allahverən Əliyevə fəxri fərmanlar, eyni zamanda xatirə hədiyyələri təqdim edilib.
Şərhlər