İşğaldan azad olunmuş rayonların bərpa planı elə həyata keçirilməlidir ki... - İqtisadçı
Tarix: 21-11-2020, 17:04
Baxılıb: 179
Google+ Paylaş
Tumblr Paylaş

İşğaldan azad olunmuş rayonların bərpa planı elə həyata keçirilməlidir ki... - İqtisadçı

21-11-2020, 17:04

“Ümumilikdə işğaldan azad olunan torpaqların iqtisadi dəyərləndirliməsini birgə çıxartmaq və gələcək planları da bir mərkəzdən qurmaq lazımdır”.
Publika.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli dünən işğaldan azad olunan Ağdamın iqtisadiyyatının bərpası ilə bağlı danışarkən qeyd edib.
Onun fikrincə, ayrı-ayrı şəhərlərin, qəsəbələrin, kəndlərin iqtisadi potensilanı və yaxud bərpa planını hazırlamaq ümumi işə ziyan vuracaq: “Ona görə də işğaldan azad olunmuş torpaqların tamamının ümumi qiymətləndirilməsi, baş plana uyğun olaraq bərpası və gələcək iqtisadiyyata qazandırılması indidən hərtərəfli düşünülməlidir. Ağdam çox vacib bölgələrimizdən biridir. Aqrar sahədə ciddi potensialı olan rayonlarımızdandır. Amma tək Ağdam barəsində danışmaq doğru deyil. Yəni bərpa planı elə həyata keçirilməlidir ki, işğaldan azad olunmuş rayonların birgə koorporasiyası mümkün olsun və bəpa olunacaq rayonlarmız artıq 21-ci əsrin abı-havasına uyğun olmalıdır. Yəni smart, innovativ şərhərlər olmalıdır, yeni texnologiyalardan istifadə olunaraq bərpa işləri aparılmalıdır. Bu, iqtisadi potensialı da kifayət qədər artıracaq”.

“Koorporasiya deyərkən onu nəzərdə tuturam ki, 5-10 illik prespektivə baxmaq lazımdır. Məsələn, Ağdamda hər hansı bir emal zavodu açılacaqsa, bunun xammalı Füzulidən və Cəbrayıldan, Zəngilandan, Qubadlıdan gələ bilər. Yəni kompleks şəkildə baxış bucağı olmalıdır ki, həmin torpaqların iqtisadiyyata qazandırılması tez bir zamanda baş versin və bu, mümkündür. Ümumilikdə bərpa planı ilə bağlı ciddi düşünülmüş bir mərkəzdən idarə olunan qərarlar alınmalıdır”,-deyə iqtisadçı əlavə edib.
N.Cəfərlinin sözlərinə görə, ola bilər ki, biri-birinə çox yaxın olan düşmən tərəfindən dağıdılmış hər kəndin bərpa olunmasına ehtiyac yaranmasın: “5-10 minlik böyük qəsəbələrin salnması daha doğru olar ki, bu da iqtisadiyyatda aktivliyin artırılmasında mühüm rol oynaya bilər. Həmçinin işğaldan azad olunmuş bölgələrə, o cümlədən Ağdama bəzi dövlət orqanlarının köçürülməsi, burada ali məktəblərin açılaması lazımdır. Ozü də bu, xarici universitetlərin filiaları olmalıdır ki, cəlbedici olsun. Bununla bağlı Türkiyə ilə də danışmaq olar ki, Boğaziçi, OTDU kimi çox məhşur universitetlərin filialları açılsın. Yəni kompleks yanaşmağa ehtiyac var. Mənə elə gəlir ki, belə xətt düşünülürək ortalığa qoyulacaqsa, Azərbaycan iqtisadiyyatının yaxın 10 ildə aparıcı motoru işğaldan azad olunmuş torpaqların bərpası və orada qurulacaq sosial infrastruktur ola bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ