Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək
Tarix: 1-12-2020, 18:39
Baxılıb: 851
Google+ Paylaş
Tumblr Paylaş

Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək

1-12-2020, 18:39

Prezident İlham Əliyev “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərman imzalayıb.
Qanuna əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri təsis olunub. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ