Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Koronavirus xəstəsi tanımadığı şəxsi yoluxdurmağa çalışdı - VİDEO
Koronavirus xəstəsi tanımadığı şəxsi yoluxdurmağa çalışdı - VİDEO

Koronavirus xəstəsi olan Tailand sakini tanımadığı şəxsi yoluxdurmaq istəyib.

“Daily Mail” xəbər verir ki, koronav
irusa yoluxmuş 56 yaşlı Anan Sahohun kassada maskasını çıxararaq, bilet alan sərnişinin üstünə tüpürməsini əks etdirən görüntülər yayılıb.
 Bildirilir ki, Sahoh qatarla Banqkokdan Narathivat qəsəbəsinə gedərkən öskürək və ürəkbulanmadan əziyyət çəkib. Amma hərarəti normal olub. Xya Xin stansiyasında polis ondan səyahəti dayandırmasını və yerli hotellərdən birində qalmasını istəyib.
Lakin Sahoh buna etiraz edib. Gecə nəzarətçi qatarda ayaqyolunun yaxınlığında onun meyitini aşkar edib. Mərhumun koronavirus testi müsbət nəticə verib. Həmin vaqon dezinfeksiya edilib, sərnişinlər isə təxliyyə olunub. Sahohla ünsiyyət quranlar karantinə götürülüb. (oxu.az)

Şərhlər