YPX əməkdaşlarının keçirdiyi reydlər QANUNA ZİDD DEYİL
Tarix: 23-10-2021, 18:05
Baxılıb: 1 018
Google+ Paylaş
Tumblr Paylaş

YPX əməkdaşlarının keçirdiyi reydlər QANUNA ZİDD DEYİL

23-10-2021, 18:05

Abşeron Yol Patrul Xidmətinin əməkdaşlarının adı Bakı-Sumqayıt şosesində, "Qafqaz dairəsi" deyilən yerdə süni tıxac yaradılmasında hallanır. Bu haqda sosial şəbəkələrdə müxtəlif məlumatlar dolaşır.

Reportyor.tv olaraq bizim dəfələrlə o ərazidən yolumuz düşüb, ancaq bu hadisənin şahidi olmamışıq.

Yalnız onu deyə bilərik ki, Abşeron Yol Patrul Xidmətinin əməkdaşları mütəmadi olaraq təkcə həmin ərazidə deyil, müxtəlif ərazilərdə qanuna uyğun olaraq müəyyən reydlər keçirirlər. Reydlərin keçirilməsinin də əsas məqsədi, bildiyimiz kimi günbəgün artan avtoqəzaların səbəbi, bu qəzalar zamanı baş verən ölüm hallarının artmasının qarşısının alınmasından, sürücülərin maarifləndirilməsindən ibarətdir. Eyni zamanda sürücülərin alkoqollu içki, narkotik maddələr qəbul edib-etməməsi müəyyən olunur.

Son dövrlər DİN əməkdaşları ölkədə geniş vüsət alan müxtəlif psixotrop maddələrin satışı və qəbuluna qarşı geniş və təxirəsalınmaz tədbirlər həyata keçirirlər.Keçirilən əməliyyatların uğurlu nəticələri göz önündədir. Heç kim istisna etmir ki, narkotik aludəçilərindən sükan arxasında olmaz. Odur ki, Yol patrul xidməti əməkdaşlarının bu və ya digər hallarda reyd keçirməsi heç bir qanuna zidd deyil.

Təbii ki, bu anlayışla qarşılanmalıdır.

Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ