Paytaxtın Nərimanov rayon ərazisində A. Nemətulla küçəsi 32 ünvanında istsmara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb. Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb.
Bu barədə Bizim.Media-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Vaqif Əsədov bildirib.
O, bu məqsədlə bu gün saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla istiqamətinə əlavə yolda avtomobillərin, marşurut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağını və istiqamətin dəyişdirləcəyini qeyd edib.
Qurum rəsmisi bütün hərəkət iştirakçılarına müraciət edərək bildirib ki, qısa müddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə sürücülər alternativ yollardan istifadə etsinlər.