əbərin ilk yayınlanma vaxtı saat 21:09
Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib. Musavat.com xəbər verir ki, bu dəqiqələrdə həbsxanada yanğın edən məhkumların ram edilməsi üçün xüsusi əməliyyat başladığı deyilir.
Məhkumlar isə videomüraciət yayaraq qiyama ağır həbsxana şəraitinin olması ilə izah ediblər. Əlavə məlumat verəcəyik.
Musavat.com Telegram kanalına istinadən xəbər verir ki, Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında mübahisə siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişə əlbəyaxa davaya çevrilib.
Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bu yayılan videoda da aydın görünür. Federal Penitensiar Xidmət hadisələrin nəzarət altında olduğunda olduğunu bildirib.
Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci ("Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması") maddəsi ilə cinayət işi açılıb.
***
Ən son məlumatlara görə, cəzaçəkmə müəssəsinə xüsusi qoşun yeridilib. Atəş səsləri eşidilir. Həbsxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülür, çünki qiyam xəbəri alan məhkum yaxınları oraya axın edirlər. Rosqvardiya bütün yolları kəsib.
“Koloniya hələ də atəşə məruz qalır, deyə müəssisənin yerləşdiyi Anqarsk şəhər meri Sergey Petrov bildirib. “Təhlükəsizlik qüvvələri orada əməliyyat keçirir. Şəhərə hər hansı təhlükəyə yoxdur. Orada yanğın baş verib, ərazi hüquq-mühafizə orqanları tərəfindən tamamilə bağlanıb ", - deyə o, İnterfaks agentliyinə bildirib.
Məhkumlardan birinin anası “Dojd”telekanalına müsahibəsində deyib ki, oğlu ona az əvvəl zəng edib: “O yalvarırdı ki, bizi öldürülməkdən xilas edin”. Digər bir məhkumun yaxını isə deyib ki, içəridə iki nəfər öldürülüb və meyitləri hələ ki ortada qalıb. O cümlədən, həbsxanadakı yanğın davam edir.
Qeyd edək ki, 15 saylı Anqarsk həbsxanası 1952-ci ildə yaradılıb. Məhkumlar burada metal emal məhsulları ilə yanaşı, mebel və məişət əşyaları istehsal edirlər.
Musavat. com
