Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Koronavirus (Covid-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında Dövlət Gömrük Komitəsi də bütün səylərini səfərbər edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Musavat.com-a verilən məlumata görə, eyni zamanda, Komitənin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilir.
Növbəti aksiya Bakı Baş Gömrük İdarəsi tərəfindən təşkil olunub. Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.

Musavat.com
 





Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti