Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun bəyanatına aydınlıq gətirib.
Reportyor.tv Oxu.az-a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Putinin öz oxşarından istifadə etməsi barədə Budanovun açıqlamasını cəfəngiyyat adlandırıb.
“Bunu necə şərh etmək olar? Cəfəngiyyat kimi!”, - Peskov bildirib.
Xatırladaq ki, Budanov “Daily Mail”ə müsahibəsində Putinin oxşarlarından bəhs edib.
Qeyd edək ki, Rusiya Prezidentinin özü 2020-ci ildə “Vladimir Putin üçün 20 sual” layihəsi çərçivəsində müsahibə verərkən, onun təhlükəsizliyi məqsədilə oxşarları cəlb etmək ideyasının 2000-ci illərin əvvəllərində yarandığını, lakin özünün bundan imtina etdiyini vurğulayıb.