“Dünyada sürətlə yayılan və hələlik dayandırıla bilməyən koronavirus pandemiyasından sonra bəşəriyyət nüvə müharibəsi və qlobal istiləşmə ilə üz-üzə qalacaq”
Musavat.com sozcu.com.tr-yə istinadən xəbər verir ki, bu sözləri amerikalı siyasi publisist, professor Noam Xomski deyib.Siyasi publisistin fikirlərinə görə, pandemiyaın qorxulu nəticələri olacaq. Lakin bu, çox da davam etməyəcək: “Pandemiya böhranından sonra bəşəriyyəti daha dəhşətli faciələr gözləyir. Bunlardan ən başlıcası nüvə müharibəsidir. Digəri isə, qlobal istiləşmə təhlükəsidir. Qətiyyərlə bildirirəm ki, bu iki təhlükənin qarşısını zamanında ala bilməsək, dünyanın sonuna gətirib, çıxaracaq.”

“Pandemiya bitdikdən sonra dövlətlər ya avtoritar olacaqlar, ya da şəxsi mənfəətin yox, hər bir vətəndaşın, fərdin ehtiyacının ödənməsi, cəmiyyətlətin daha da humanist şəraitdə həyat sürdürməsi üçün radikal addımlar atacaqlar ” - deyə publisist sözlərinə davam edib.
Toğrul İsmayıl,
Musavat.com