Bu şəxslər 300 manat cərimə olunacaqlar - YENİ QANUN
Tarix: 23-06-2023, 15:29
Baxılıb: 308
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslər 300 manat cərimə olunacaqlar - YENİ QANUN

23-06-2023, 15:29

Milli Məclis yolda sürət həddini aşmaya görə cərimələrin artırılmasına dair layihəni təsdiqləyib.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ