Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bu qrupda 290-dan çox bal toplayanlar PULSUZ TƏHSİL ALA BİLƏCƏK - RƏSMİ
Bu qrupda 290-dan çox bal toplayanlar PULSUZ TƏHSİL ALA BİLƏCƏK - RƏSMİ

II qrup üzrə 290 baldan yuxarı toplayan namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər.
 
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
O qeyd edib ki, II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir.
 
“Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir”, - deyə o əlavə edib.
 
O əlavə edib ki, II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti