Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » "Nicatın ilk soruşduğu Ruslan oldu, vəfatından xəbəri yoxdur" - VİDEO
"Nicatın ilk soruşduğu Ruslan oldu, vəfatından xəbəri yoxdur" - VİDEO

Niko özünə gəlib. Reanimasiyadadır. İlk soruşduğu Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.
 
Bu barədə sosial şəbəkədə onun dostu, rəqqas Ramil Qasımov məlumat verib.
 
O bildirib ki, Nicatın vəziyyəti stabildir:
 
“İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah Ruslana rəhmət eləsin...”
 
Qeyd edək ki, bir neçə gün əvvəl “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
 

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti