Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Sürücülərin NƏZƏRİNƏ! - Bunu etsəniz, 100 AZN CƏRİMƏLƏNƏCƏKSİNİZ
Sürücülərin NƏZƏRİNƏ! - Bunu etsəniz, 100 AZN CƏRİMƏLƏNƏCƏKSİNİZ

Sosial şəbəkədə "Lipa" adı ilə satılan saxta avtomobil nömrələrinə rast gəlinir. Nömrələrin üzərində istənilən hərf və rəqəmlərin yazılması mümkündür.
Bəzi sürücülər dövlət qeydiyyat nişanı formasında olan və 25-35 manata təklif edilən saxta nömrələri avtomobilə vuraraq onu idarə edirlər.
Bu tip halların baş verməsi isə qaydaların kobud şəkildə pozulmasıdır. Məsələ ilə bağlı danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib ki, sözügedən nömrələrin satışı qadağan edilməsə də onların istifadəsi qeyri-qanunidir:
"Bu tip nömrələri avtomobillərə vurmaq qayda pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq bütün növ nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanlarının məqsədli şəkildə saxtakarlaşıdırılması, saxta nömrələrdən istifadə məsuliyyət formalaşdırır. Bu halda 100 manat məbləğində cərimə və 4 cərimə balı nəzərədə tutulur".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti