Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Günay Həbibli vəzifəsindən azad edildi: "Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq..." + VİDEO
Günay Həbibli vəzifəsindən azad edildi: "Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq..." + VİDEO

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. 
Onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
 
Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.
 
G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.
 





Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti