Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Sabah axşamdan..
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Sabah axşamdan..

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Azərbaycanın rayonlarında vqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var.
 
Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti