
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanov bildirib ki, hazırda ölkədə davam edən hərbi əməliyyatlar Rusiya ərazisinə keçirilməlidir.
Reportyor.tv xəbər verir ki, Kirill Budanovun fikrincə, Ukraynanın əməliyyatları nə qədər geniş olsa, bir o qədər yaxşıdır.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Rada” telekanalının efirində tək qalmamaq üçün hərbi əməliyyatları Rusiya Federasiyasının ərazisinə keçirməkdən qorxduğunu bildirib.






Şərhlər