Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrail Türkiyə ilə Aralıq dənizində qazma işlərinə başlayacaq
İsrail Türkiyə ilə Aralıq dənizində qazma işlərinə başlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə səfəri baş tuta bilər.
 Reportyor.tv İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.
O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkda keçirdiyi görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib:
“Biz iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün nazirlərimizin iştirakı ilə mexanizm yaradılmasının faydalarına toxunduq. İsraillə (Aralıq dənizinin Şərqi - red.) qazma işlərinə başlayacağıq. Biz təkcə Türkiyəyə deyil, Türkiyədən Avropaya enerji (təbii qaz - red.) nəqli xətlərinin istismarına başlayacağıq”.”

Şərhlər