Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu ölkədə isti hava səbəbindən ölüm halı rekord həddə çatıb
Bu ölkədə isti hava səbəbindən ölüm halı rekord həddə çatıb

Ötən il Britaniyada isti hava səbəbindən 4 min 507 nəfər ölüb.
Bu barədə Reportyor.tv Böyük Britaniyanın Milli Statistika İdarəsinə (ONS) istinadən xəbər verir.
Belə ki, Britaniyada 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlili dərc edilib.
Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb: “Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfər ölüb”.
Məlumatda qeyd olunub ki, ən yüksək ölüm riski Londondadır və bu göstərici rekord həddir.

Şərhlər